
Müqəddəs Ramazan ayı münasibətilə Quba rayonunun Qəcrəş kəndi yolunda yerləşən "Pətək" restoranının sahibi Vətən Müharibəsi şəhidlərinin valideynlərini iftar süfrəsinə dəvət edib. Tədbir zamanı şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla anılıb.

E-saglam.az xəbər verir ki, iftar süfrəsində şəhid valideynlərinə xüsusi diqqət və qayğı göstərilib. Onların övladlarının Vətən uğrunda göstərdikləri misilsiz şücaət bir daha vurğulanıb. Tədbir iştirakçıları dualarla bütün şəhidlərimizi yad edərək, onların əziz ruhuna rəhmət diləyiblər.
Bu cür tədbirlərin keçirilməsi şəhid ailələrinə mənəvi dəstək olmaqla yanaşı, cəmiyyətin onlara daim diqqət və qayğı göstərdiyini nümayiş etdirir. "Pətək" restoranının rəhbərliyi bu ənənəni davam etdirəcəyini bildirib.