Psixologiya
Qəfil ağılsızlığın səbəbi məlum oldu
Psixologiya

Qəfil ağılsızlığın səbəbi məlum oldu

İdmançıların mütəmadi olaraq baş zərbələri aldığı idman növləri demensiya (ağılsızlıq) və xroniki ensefalopatiyanın inkişafına zəmin yaradır.

Bu barədə ABŞ-ın Boston Universitetinin alimlərinin müvafiq araşdırmasında qeyd edilib. Tədqiqatın nəticələri “Neurology” jurnalında dərc olunub.

Mütəxəssislər travmatik fəaliyyətlə məşğul olan insanların MRT məlumatlarını müqayisə ediblər. Məlum olub ki, bu insanların 90%-i sağlığında peşəkar səviyyədə Amerika futbolu oynayıb. Digərləri ya ordunun veteranları olub, ya da adi futbol və boksla məşğul olublar.

Qeyd edək ki, demensiya əvvəllər əldə edilmiş bilik və praktiki bacarıqların bu və ya digər dərəcədə itirilməsi ilə idrak fəaliyyətinin davamlı azalmasıdır. Bu xəstəlik çox vaxt qocalıqda müşahidə edilir. Hər il dünyada təxminən on milyon yeni demensiya xəstəsi qeydə alınır. (Oxu.az) 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun