Qafqaz Biznes Mərkəzində idarəetmə, motivasiya və fərdi inkişafla bağlı
Qafqaz Biznes Mərkəzində idarəetmə, motivasiya və fərdi inkişafla bağlı

Qafqaz Biznes Mərkəzində idarəetmə, motivasiya və fərdi inkişafla bağlı seminar keçirilib.

E-saglam.az xəbər verir ki, türkiyəli mütəxəssis Ruhan Maral və fərdi inkişaf mütəxəssisi Aytəkin Aslan seminarın təlimçiləri olaraq çıxış ediblər. 

İdarəetmə kouçu, karyera üzrə məsləhətçi, korporativ təlimçi, türkiyəli mütəxəssis Ruhan Maralın Bakıda keçirilən ilk seminarı olub. 

Ruhan Maral “Kendin olma cesareti”, "El-alem Düşüncesi”, “Kendini tanısan çok seversin” və s. mövzuları ilə çıxış edib. 

Seminarın sonunda iştirak edən şəxslərlə sual-cavab təşkil olunub, bütün suallar cavablandırılıb, xatirə fotolar çəkilib. 

Qeyd edək ki, Empa tv-nin təşkilatçılığı və Yaddaş Academy-nin təşkilatı dəstəyi ilə keçirilən seminarın əməkdaşlıq etdiyi platformalardan biri də E-saglam.az olub. 

Könül Oruc

E-saglam.az