Milli Fitnes Birliyinin rəhbəri Yelena Silina qadınların arıqlamağa çalışarkən etdiyi əsas səhvi müəyyən etdiyini bildirib . O, fitnes bloqçularının və ya dostlarının məşq proqramlarını və pəhrizlərini kor-koranə surətdə kopyalamağın təsirsiz və hətta zərərli olduğunu bildirib.
E-saglam.az xəbər verir ki, mütəxəssis qadın bədəninin mürəkkəb və dinamik bir sistem olduğunu və vəziyyəti çoxsaylı fərdi amillərdən asılı olduğunu vurğuladı. Görünüş və irəliləyiş menstrual dövrünün fazasından, stress səviyyələrindən, yuxunun keyfiyyətindən və miqdarından, ilkin fiziki hazırlıq səviyyəsindən və sağlamlıq amillərindən təsirlənir.
Silina izah etdi ki, qadın bədəni xətti olaraq dəyişmir. Nəticədə, hətta 8-12 həftəlik müntəzəm məşqdən sonra nəzərə çarpan real irəliləyiş olsa belə, "heç nə işə yaramır" kimi hiss olunur".
O qeyd etdi ki, məyusluq və tez, görünən nəticələrin olmaması çox vaxt imtinaya səbəb olur. Ekspertin sözlərinə görə, daha məhsuldar və təhlükəsiz yanaşma fərdi ehtiyaclarınıza, məqsədlərinizə və mövcud sağlamlığınıza uyğun bir proqram hazırlaya biləcək bir mütəxəssisə - fərdi məşqçiyə - müraciət etməkdir.
Tərcümə: Könül Oruc