E-saglam.az xəbər verir ki, tədqiqat zamanı elektron mikroskopiya və enerji dispersiv rentgen spektroskopiyası kimi qabaqcıl metodlardan istifadə olunub.
Follikulyar mayedə ciddi çirklənmə
Araşdırmada in vitro gübrələmə müalicəsi alan 18 qadının follikulyar maye nümunələri analiz edilib. Nəticələrə görə, nümunələrin 14-də 10 mikrometrdən kiçik, orta hesabla millilitrdə 2191 plastik hissəcik aşkarlanıb. Mikroplastiklərin orta diametri 4,48 mikrometr olub.
Mikroplastiklər və hormonal dəyişikliklər
Tədqiqat zamanı follikul stimullaşdırıcı hormon (FSH) ilə mikroplastik səviyyələri arasında orta dərəcədə müsbət korrelyasiya müəyyən edilib (r=0,52). Bu isə mikroplastiklərin hormonal tarazlığa təsir edə biləcəyini göstərir. FSH hormonunun yüksək olması bəzi hallarda reproduktiv sistemdə problemlərə səbəb ola bilər.
Hər kəs risk altında deyil
Araşdırmada iştirak edən dörd qadının follikulyar mayesində heç bir mikroplastik izinə rast gəlinməyib. Bu, fərqli həyat tərzinin mikroplastik təsirini azalda biləcəyini göstərir. Alimlər hazırda bu dörd qadının həyat tərzini araşdıraraq, onları başqalarından fərqləndirən amilləri müəyyən etməyə çalışırlar.
Geniş miqyaslı tədqiqatlara ehtiyac var
Alimlər vurğulayırlar ki, əgər bu tapıntılar daha geniş miqyasda təsdiqlənsə, mikroplastiklərin qadın sağlamlığına naməlum və potensial zərərli təsirləri barədə mühüm ipucları əldə olunacaq. Heyvanlar üzərində aparılmış əvvəlki tədqiqatlar da mikroplastiklərin follikul yetişməsinə mənfi təsir etdiyini sübut edib.
Tərcümə: Könül Oruc