Qidalanma
Yalnız 30 gün şəkərsiz yaşayın – bədəninizdə baş verən dəyişikliklərə
Qidalanma
248

Yalnız 30 gün şəkərsiz yaşayın – bədəninizdə baş verən dəyişikliklərə inanmayacaqsınız

Gündəlik həyatımızda görünməyən asılılıq yaradan şəkər, yalnız dad hissimizi deyil, bədənimizin funksiyalarını da təsir edir.

E-saglam.az xəbər verir ki, yalnız 30 gün ərzində əlavə şəkəri kəsərək, zəka aydınlığından qaraciyər sağlamlığına, dəri gəncliyindən immun sisteminə qədər bədəninizdə demək olar ki, səssiz bir inqilab baş verir.

Şəkərdən imtina etmək bədəninizə necə təsir edir?

Şəkəri həyatınızdan çıxarmaq ilk baxışda çətin ola bilər, amma bunun bədəninizdə yaratdığı təsirlər düşündüyünüzdən də güclüdür. Harvard Universitetində təhsil almış daxili xəstəliklər və həzm sistemi mütəxəssisi Dr. Saurabh Sethi bildirir ki, şəkəri tərgitmək yalnız çəki itirməklə məhdudlaşmır, qaraciyərdən ürəyə, beyin funksiyalarından immun sistemə qədər bir çox sahədə dönüşümə səbəb olur.

Şəkərin tərgitilməsi ilə bədən qaraciyərdə yağlanmanı azaltmağa başlayır. Bu isə yalnız qaraciyər sağlamlığını deyil, həm də böyrək funksiyalarını yaxşılaşdırır. İnsulin müqaviməti və ya prediyabet problemi olanlar üçün bu dəyişikliklər daha da önəmli olur. Bundan əlavə, damar iltihablarının azalması ürək sağlamlığına da mühüm dəstək verir.

Zehni və immun faydalar

Fiziki faydaların yanında, şəkəri kəsənlərdə zehni aydınlıq və diqqətin artması müşahidə olunur. İmmunitet sisteminin güclənməsi isə ağ qan hüceyrələrinin daha effektiv işləməsi ilə əlaqələndirilir. Həmçinin bədən kalsium, maqnezium və sink kimi həyati mineralları daha yaxşı qoruyur.

Şəkərin uzunmüddətli zərərləri

Tədqiqatlar göstərir ki, əlavə şəkərin uzun müddətli istehlakı 2-ci tip şəkərli diabet, ürək xəstəlikləri və dəri yaşlanmasının sürətlənməsi kimi riskləri artırır. Lakin bu faydaları davam etdirmək üçün şəkərsiz həyat tərzinə qalıcı olaraq alışmaq lazımdır. 30 günlük şəkərsiz dövrdən sonra yenidən yüksək şəkərli qidalara qayıtmaq, bütün müsbət təsirləri tez bir zamanda yox edə bilər.

Gündə nə qədər şəkər qəbul etmək təhlükəsizdir?

İngiltərə Milli Sağlamlıq Xidməti (NHS) tövsiyə edir ki, yetkinlər gündə ən çox 30 qram sərbəst şəkər qəbul etsinlər. Bu rəqəm uşaqlarda yaşa görə 10-24 qram arasında dəyişir. Şirniyyatlar, qazlı içkilər və meyvə şirələri kimi məhsullardakı əlavə şəkərlərin azaldılması vacibdir. Ancaq meyvə, tərəvəz və süd kimi təbii şəkər mənbələrinin məhdudlaşdırılması lazım deyil.

Şəkərsiz yaşamaq mümkündürmü?

30 gün boyunca şəkərdən uzaq durmaq güclü iradə tələb etsə də, mümkündür. Bu müddət ərzində əlavə şəkərdən imtina edən çox sayda insan sağlam bir dəyişiklik yaşayır. Lakin ciddi qida məhdudiyyətləri bəzi insanlarda yemək pozğunluqlarını tətikləyəbilir. Ona görə də ciddi dəyişikliklərdən əvvəl həkimlə məsləhətləşmək ən doğru addımdır.

Şəkərsiz həyat üçün qidalanma tövsiyələri

Ekspertlər şəkərdən uzaq duranların pəhrizində aşağıdakı qidaların önəmli olduğunu bildirir:

Tərəvəzlər: Brokoli, yerkökü, ispanaq, kabak, şirin kartof

Meyvələr: Alma, gilas, üzüm, greyfurt, portağal

Protein mənbələri: Toyuq, balıq, yumurta, tofu

Sağlam yağlar: Avokado, zeytun yağı, qoz-fındıq

Kompleks karbohidratlar: Qəhvəyi düyü, kinoa, lobya

İçkilər: Su, mineral su, şəkərsiz qəhvə və çay

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun