Sakit və pastel rənglər artıq dəbdə deyil.
E-saglam.az-ın məlumatına görə, pinterest analitikləri 2026-cı ilin ən dəbli rənglərini açıqlayıblar. Onların fikrincə, soyuq mavi, yeşim və qara gavalı rənglər əsas yer tutur.
"Uzun müddət ən təhlükəsiz seçim sakit və neytral qalmaq idi. İndi insanlar daha çox şeyə hazırdırlar. Pinterest palitrası insanın hisslərinin və təcrübə etmək istəyinin yüksək ifadəsidir", - deyə ekspertlər izah ediblər.
2026-cı ilin dekabr ayında Pantone Rəng İnstitutu buludlu ağ rəngi 2026-cı ilin rəngi adlandırdı və bunu insanların artıq ağır və parlaq tonlardan bezməsi ilə əsaslandırdı.
Tərcümə: Könül Oruc