E-saglam.az xəbər verir ki, tədqiqat zamanı qoxu itkisi olan şəxslərdə UGT1A1 genində DNT metilasiyasının səviyyəsinin 14% aşağı olduğu müəyyən edilib.
Epigenetika gen ardıcıllığını dəyişmədən, ətraf mühit faktorlarının gen fəaliyyətinə təsirini öyrənir. Bu dəyişikliklər, qoxu itkisinə səbəb olan mexanizmləri anlamaqda mühüm rol oynaya bilər. Tədqiqatçılar bildirir ki, metilasiya səviyyəsindəki bu fərqlər gələcəkdə biomarker kimi istifadə edilə bilər və risk altında olan şəxslər daha tez müəyyən edilə bilər.
Mütəxəssislər hesab edir ki, əgər bu epigenetik dəyişikliklər geri çevrilə bilsə, uzunmüddətli qoxu itkisi üçün fərdiləşdirilmiş və təsirli müalicə yolları açıla bilər. Bu isə pandemiyadan sonra qoxu duyusunu itirən minlərlə insan üçün yeni bir ümid deməkdir.
Tərcümə: Könül Oruc