Günümüzdə aktual olan mövzulardan biri hətta deyərdim birincisi də övlad tərbiyə etməkdir. Zamanla cəmiyyətə yararlı insan yetişdirmək çətinləşir. Bu fikir xüsusən də oğlan övladı olan valideyinlərdə keçərlidir. Bəs, gələcəyin sağlam əsgərini, yoldaşını, atasını, vətəndaşını düzgün yetişdirmək üçün valideyimlərə nələrə riyayət etməlidir?
Mövzu ilə bağlı Moderator.az-a Amerika psixoloqlar assosasiyasının üzvü, Psixoloq Konsultant Şirin Məmmədli danışdı:
“İlk növbədə onu vurğulamalıyam ki, ümumiyyətlə həmişə psixologiyada aktual olan mövzulardan biridir. Bunun günümüzdə ən praktik həll yollarından biri, eyni zamanda dünyada ən çox istifadə olunan üsullardan biri odur ki, valideyinlər ana və ata olmadan əvvəl psixoloq testlərindən keçirlər və eyni zamanda da uşaq psixalogiyas ilə bağlı kurslara gedirlər. Bu isə uşaq planlanması baş verən vaxtdan həyata keçirilməlidir. Orada onlar uşaqların yaş dövrlərini öyrənəcəklər, qarşılaşa biləcəkləri ən klassik hadisələr daxil hər biri ilə tanış olacaqlar. Amma çox təəssüflər olsun ki, bizdə bir çox cütlük bunu gözardı edir və valideyin olan zaman, valideyin olduqlarına psixoloji olaraq da hazır olduqlarını və prosesin öz-özündən baş veriəcəklərini düşünürlər. Bu səbəbdən də əslində hər valideyinin başına gələn hadisələri yeni kimi qarşılayır, ona çox emosional yük yükləyirlər, halbuki, öncədən uşaqların psixoloji inkişaf səviyyələri ilə tanış olarlarsa bu onlar üçün daha rahat olacaq.
O ki, qaldı günü-gündən çətinləşməsi mövusuna, bu əslində bütün dünyada eyni surətlə izlənilir, çünki texnologiya inkişaf etdikcə uşaqlar artıq təkcə bizimlə yaşamırlar, yəni məsələn, o vaxtı Bakıda doğulub böyüyən uşaq doğulduğu yerin psixologiyasına sahib idi və demək olar ki, şəhərdə yaşayan uşaqların bir psixlogiyası, hansısa kəndə yaşayanın ayrı psixologiyası vardır. Yəni o kəndə başqa nəsnələr məşhurdur, şəhərdə isə başqa. Amma indi elə deyil, Azərbaycanda yaşayan uşaqların heç birinin psixologiyası maraqları, baxdıqları mövzular, dinlədikləri musiqilər heç biri ortaq deyil, çünki artıq telefon var, bu da təbii ki, uşaqların ailədə də aldığı yönümdən başlanğıc götürür. Uşaqların çox muxtəlif yönümləri var. Beləliklə onlara nəzarət etmək də çətinləşir, kibertəhlükəsizlik də əlbəttə ki, burada rol oynayır, uşaqların təhlükəsizliyi də aşağıya düşür, smartfonlardan və digər elektron vasitələrdən çox istifadə etdikləri də bura daxildir. Ona görə də bildirirəm ki, valideyinlər hərtərəfli hazır olmalıdırlar. Bu dövrdə dünyaya uşaq gətirmək, valideyin oımaq ikiqat məsuliyyətdir. Yəni, təkcə emosional məsələ deyil. Amma oğlan uşaqlarına gəldikdə isə bunun başlıca problemi əslində oğlan uşaqlarının üzərində sadəcə daha çox görülür. Azərbaycanda yeganə problem odur ki, atalar uşaq tərbiyəsi ilə məşğul olmurlar. Atalar ümumiyyətlə evdə ata obrazı və qazanıb gətirən insan obrazından (ata dedikdə sadəcə isim olaraq) başqa heç bir məsuliyyəti üzərlərinə götürmürlər. Uşaqların bir çoxu atanı ailənin bir üzvü hesab etmirlər, sadəcə ondan çəkinirlər.
Bu isə çox böyük fəsadlara, böyük boşluqlara nədən olur. Çünki oğlanlar da, qızlar da tanıdıqları insan fiquru kimi birinci növbədə ananı götürürlər və normalda uşaqların beynində bir çox insan fiqurları olur, burada ata, ana hər ikisi olarsa daha yaxşı olar, uşaqlar ondan sonra gedirlər daha fərqli insanları fiqur kimi qavramağa başlayırlar və bundan sonra da artıq bir çox dəyişikliklər baş verir, oğlanların da tərbiyəsinin çətinləşməsi iddiyasının başında o durur ki, atalar məktəblə, dərslə, uşaqların gündəlik həyatı ilə maraqlanmır, uşaqla daha çox dialoqda olmur və bu da əlbəttə ki, kişi obrazı əskikliyinə gətirib çıxardır”.