Yandex watch
Niyə uzun müddət oxuduqdan sonra həmin mətni

Bəzən uzun müddət oxuduqdan sonra baxışımızı ekrandan və ya kitablardan çəkdiyimiz anda belə, gözümüzün qarşısında mətni hələ də “görməyə” davam edirik. Bu, əslində "sonrakı görüntü fenomeni" adlanır və beyinlə göz arasında olan normal bir əlaqənin nəticəsidir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu vəziyyət əksər hallarda təhlükəsiz olsa da, bəzi hallarda diqqət tələb edən sağlamlıq problemlərinin göstəricisi ola bilər.

Fenomenin əsas səbəbi beyindəki vizual korteksin, yəni görüntüləri emal edən hissənin vizual məlumatları "gecikmiş şəkildə" saxlamağa davam etməsidir. Uzun müddət oxuma zamanı göz reseptorları yorulur və bu zaman beyində görüntülər bir müddət vizual yaddaşda qalır. Nəticədə baxış başqa istiqamətə yönəldikdə belə, göz önündə "bulanıq mətn" effekti davam edə bilər.

Bu hal adətən təhlükəsiz sayılır: əgər oxuma prosesindən sonra mətni bir neçə saniyə görməyə davam edirsinizsə, amma sonra görüntü itib gedirsə, baş ağrısı və narahatlıq yoxdursa, narahatlığa əsas yoxdur.

Lakin əgər bu təsir daha uzun sürür, gözlərdə yorğunluq, görmədə bulanıqlıq və ya tez-tez təkrarlanan “üzən mətn” effekti ilə müşayiət olunursa, bu, artıq astenopiya, quru göz sindromu və ya hətta aura ilə müşahidə olunan miqrenin əlaməti ola bilər. Həmçinin bu vəziyyət psixoloji yüklənmə, stress və nevroloji pozuntularla da əlaqəli ola bilər.

Problemin qarşısını almaq üçün göz məşqləri, oxuma zamanı fasilələr, düzgün işıqlandırma, ekranların parlaqlığını tənzimləmək və göz sağlamlığını dəstəkləyən vitaminlərlə qidalanma tövsiyə olunur. Gözlərə yüklənməni azaltmaq üçün 20-20-20 qaydasına əməl etmək – hər 20 dəqiqədə bir 20 saniyəlik fasilə verərək uzaqda yerləşən obyektə baxmaq – xüsusilə faydalıdır.

Bu simptomları tez-tez müşahidə edirsinizsə və vəziyyət adi göz yorğunluğundan daha ciddi görünürsə, oftalmoloqa və ya nevroloqa müraciət etməyiniz vacibdir. Vaxtında edilən müayinələr sayəsində göz sağlamlığınızı qoruya və daha ciddi fəsadların qarşısını ala bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az