Tibbi xəbərlər
Bu il icbari tibbi sığortaya müraciətlər artıb:
Tibbi xəbərlər
184

Bu il icbari tibbi sığortaya müraciətlər artıb: 86 milyondan çox tibbi xidmət göstərilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bu gün TƏBİB və Agentlik tərəfindən keçirilən “İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim”də cari ilin 11 ayı üzrə statistikanı açıqlayıb.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə bu ilin 5 milyon 131 mindən çox vətəndaş dövlət tibb  ayı ərzində müəssisələrində icbari tibbi sığortadan faydalanıb və onlara 86 milyondan çox tibbi xidmət göstərilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə müraciətlərdə 4%, tibbi xidmətlərdə isə 12% artım qeydə alınıb. Artım tendensiyası tibbi xidmətlərə çıxışın genişləndiyini və icbari tibbi sığorta sisteminə inamın yüksəldiyini göstərir.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun