Tibbi xəbərlər
Metabolizm niyə yavaşlayır? –
Tibbi xəbərlər

Metabolizm niyə yavaşlayır? – Bədəni enerji mühərrikinə çevirməyin 8 yolu

E-saglam.az metabolizmin yavaşlamasının əsas səbəblərini təqdim edir:

Yaşın artması: 30 yaşdan sonra hər on ildə metabolik sürət təbii olaraq bir qədər azalır. Bu, əsasən əzələ kütləsinin itirilməsi ilə bağlıdır.

Əzələ çatışmazlığı: Əzələlər yağ toxumasına nisbətən daha çox enerji sərf edir. Hərəkətsizlik əzələlərin zəifləməsinə və nəticədə maddələr mübadiləsinin yavaşlamasına səbəb olur.

Aşağı kalorili və nizamsız qidalanma: Orqanizm enerji azlığı hiss etdikdə "qənaət rejiminə" keçir və maddələr mübadiləsini ləngidir.

Tiroid problemləri: Hipotiroidizm (qalxanabənzər vəzinin zəif fəaliyyəti) maddələr mübadiləsini əhəmiyyətli dərəcədə yavaşladır.

Stress və keyfiyyətsiz yuxu: Kortizol hormonunun artması piy yığılmasına, yuxusuzluq isə hormonal tarazlığın pozulmasına səbəb olur.

Genetik faktorlar: Ailəsində yavaş metabolizmi olan şəxslərdə bu meyil daha güclü ola bilər.

Maddələr mübadiləsinin yavaşlaması hansı əlamətlərlə özünü göstərir?

  • Arıqlamaqda çətinlik

  • Daimi yorğunluq

  • Qəbizlik

  • Əzələ itkisi

  • Soyuq hissi

  • Dəri və saç problemləri

  • Əhval pozğunluqları

Metabolizmi sürətləndirməyin 8 effektiv yolu

Əzələ kütləsini artırın: Həftədə azı 3 dəfə bədən çəkisi və ya ağırlıq ilə məşqlər edin. Əzələlər istirahət halında da kalori yandırır.

Zülalla zəngin qidalar istehlak edin: Toyuq, yumurta, qatıq və mərcimək kimi zülal mənbələri həzm zamanı daha çox enerji tələb edir.

Kifayət qədər su için: Gündə 8-10 stəkan su orqanizmin metabolik fəaliyyətini dəstəkləyir.

Sağlam qəlyanaltılar əlavə edin: Uzun fasilələrlə yemək metabolizmi ləngidə bilər. Ara öğünlərdə badam və ya qatıq kimi seçimlərə üstünlük verin.

Acılı qidalar istifadə edin (ölçülü şəkildə): Çili bibəri, zəncəfil və zəfəran bədəndə termogen təsir yaradır və enerji sərfini artırır.

Yaşıl çay və qəhvə: Gündə 1-2 fincan yaşıl çay və ya qəhvə metabolizmi müvəqqəti şəkildə sürətləndirə bilər.

Keyfiyyətli və kifayət qədər yuxu alın: 7-8 saat fasiləsiz yuxu hormonal balans və enerji mübadiləsi üçün vacibdir.

Stressi idarə edin: Meditasiya, nəfəs məşqləri və fiziki fəaliyyət kortizol səviyyəsini aşağı salmağa kömək edir.

Metabolizmin yavaşlaması sağlamlıq  üçü risklidir. Erkən tədbirlər və düzgün həyat tərzi dəyişiklikləri ilə bu prosesi nəzarətdə saxlamaq mümkündür.

Tərcümə: Zəhra Niftiyeva 

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun