Keyfiyyətli yuxunun sirri
Keyfiyyətli yuxunun sirri

Yuxunun insanın həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərdiyi ilə bağlı çoxlu elmi araşdırmalar var.

E-saglam.az xəbər verir ki, bu dəfə yuxunun keyfiyyətini artırmağın yolları araşdırılıb.

Bu sahədə yaxşı mütəxəssis olan professor Mety Uolker milyonlarla insanın test nəticələri üzərində tədqiqat apardıqdan sonra “Yuxu dünya üzərində var olan ən demokratik və ucuz sağlıq sistemidir” deyə bildirib.

Yuxunun faydaları nədir?

Elmi araşdırmalar yuxusuzluğun beyin və bədənimiz üzərində çox ciddi təsirləri olduğunu bildirib. Alzheimer, xərçəng, infarkt, piylənmə, şəkər, depresiya və intiharın belə yuxusuzluqla əlaqəsi var. Çünki insan əsas fizioliji sistemləri beyinlə əlaqəlidir və insan normal yatanda onlar yenilənir. Normal yatmayanda artıq bədəndə bu problemlər baş qaldırır.

Bəs normal yatmaq üçün nələri etmək lazımdır?

Professor Uolker bunun üçün bir sıra məsləhətlər verib:

Hər gün eyni saatda yatıb, eyni saatda oyanın. Əgər eyni saatda yuxudan oyansanız bu eyni saatda sizin yuxunusun gəlməsinə səbəb olacaq.

Tamamilə qaranlıq otaqda yatın. Bədənin bioritminin tənzimlənməsində çox əhəmiyyətli olan melatonin hormonunun ifrazı üçün qaranlıq mühitin təmin edilməsi lazımdır. Yatmazdan bir saat əvvəl otağınızın havasını təmizləyin. Melatonin istehsalına mənfi təsir göstərən başqa bir amil elektron cihazların ekranlarından gələn mavi işıqdır. Yuxudan bir saat əvvəl elektron cihazlardan istifadə etməyin.

Yatdığınız otağı sərin saxlayın. Çünki sağlam yuxu üçün beynimizin və bədənimizin temperaturu normaldan 1 dərəcə aşağı olmalıdır. Beləliklə, yatdığınız otağın ideal temperaturu 18 dərəcə ətrafında olmalıdır.

Yatağınızı yalnız yatmaq üçün istifadə edin. Əgər yuxuya getmək üçün 20 dəqiqədən çox vaxt sərf edirsinizsə, yatağınızdan çıxın və yuxu gələnə qədər başqa bir otaqda nəsə edin. Məsələn, kitab oxuyun, televizora baxın.  Ancaq yatağınızda bunları etməyin. Bu yuxunuzun keyfiyyətini artırır.

Qəhvə kimi stimullaşdırıcıları azaldın. Bir çox insan gündə çox miqdarda kola, kafein kimi sinir sistemini stimullaşdıran maddələr qəbul edir. Professor Uolker bildirir ki, qəhvənin içərisində olan kafein 12 saata qədər bədəninizdə qalır. Beləliklə, yuxudan bir neçə saat əvvəl qəhvə içmədiyinizi düşünsəniz də, yuxu saatlarında qəhvə içdiyiniz kafein bədəninizdə aktiv olaraq qalır. Mütəxəssislər 12 saat əvvəl bu maddələrin alınmasını dayandırmağı məsləhət görür.

Spirtli içkilərdən istifadəyə diqqət yetirin. Yuxudan əvvəl yüksək miqdarda spirtli içki qəbul etmək yuxunun keyfiyyətinə ciddi mənada mənfi təsir göstərir.(Baku.ws)

E-saglam.az