Psixologiya
Keçmiş travmalar münasibətlərinizə
Psixologiya

Keçmiş travmalar münasibətlərinizə təsir edirmi?

E-saglam.az xəbər verir ki, bu təsirləri başa düşən və dəstək verən tərəfdaşla birlikdə bu çətinliklərin öhdəsindən gəlmək və daha sağlam münasibətlər qurmaq mümkündür.

Emosional tətiklər

Travmatik hadisələr keçmişdə qalsa da, onların təsiri indiki münasibətə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Əgər tərəfdaş keçmiş travmalarını xatırladan müəyyən vəziyyətlər, sözlər və ya hərəkətlərlə qarşılaşırsa, bu, emosional reaksiyalara səbəb ola bilər. Bu isə münasibətdə məsafə, anlaşılmazlıq, ünsiyyət problemləri və hətta ayrılığa gətirib çıxara bilər.

Güvən problemləri

Travma keçirmiş şəxslər üçün tərəfdaşlarına etibar etmək çətin ola bilər. Bu, xəyanət qorxusuna, şübhələrə və ünsiyyət boşluqlarına yol aça bilər. Onlar açıq olmaqda və emosional olaraq özlərini ifadə etməkdə çətinlik çəkə bilərlər.

Yaxınlıqdan qaçınma

Əgər travma fiziki və ya emosional zorakılıqla bağlıdırsa, bu, münasibətlərdə yaxınlıq yaratmaqda çətinliklərə səbəb ola bilər. Bəzi insanlar tərəfdaşları ilə emosional bağ qurmaqdan çəkinir və fiziki təmasdan qaçırlar.

Ünsiyyət maneələri

Travma keçirən şəxslər bəzən özlərini qorumaq üçün ünsiyyətdən uzaqlaşırlar. Onlar emosional hisslərini ifadə etməkdən çəkinə bilər, çünki şüuraltı olaraq digər insanın bu hisslərdən istifadə edə biləcəyindən qorxurlar.

Bağlanma problemləri

Travma qurbanları çox vaxt bağlılıqdan qaçırlar. Onlar emosional və fiziki yaxınlıqdan qorxaraq özlərini qorumağa çalışırlar. Münasibətlərdə dərin bağlar qurmaq onlar üçün çətin ola bilər.

Keçmiş travmalar münasibətlərə təsir etsə də, anlayışlı və dəstəkləyici tərəfdaşla birlikdə bu problemlərin öhdəsindən gəlmək mümkündür. Sağlam ünsiyyət, empatiya və professional dəstək sayəsində travmaların təsiri azaldıla və daha güclü münasibətlər qurula bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun