Faydalı
Həm qida, həm dərmandır -
Faydalı

Həm qida, həm dərmandır - Soğanın faydaları

Keçmişdə soğan həm qida, həm də dərman kimi geniş istifadə olunub.

E-saglam.az xəbər verir ki, soğanın faydalı təsirləri onun tərkibindəki fitonsidlər ilə bağlıdır. Uçucu maddələr olan fitonsidlər, yalnız patogen bakteriyalara deyil, həmçinin göbələklər və ibtidailərə qarşı da müalicəvi təsir göstərir. Soğan, kalium, kalsium, maqnezium və dəmir kimi minerallarla zəngindir.

Bronxial astma xəstələri üçün soğanın yemək bronxların genişlənməsinə və tənəffüsün yaxşılaşmasına səbəb olur. Həmçinin, soğanın həzm sisteminə müsbət təsiri vardır; qəbizlik və köpü aradan qaldırır. C vitamini və qlükokinin maddəsi qan şəkərinin miqdarını aşağı salır, buna görə də şəkərli diabet xəstələri üçün faydalıdır.

Soğanın prostat vəzinin qan dövranını yaxşılaşdırdığı üçün prostatit xəstəliyinə qarşı müsbət təsir göstərir. Əl və ayaq dərisindəki göbələk zədələnməsi zamanı isə soğan qabığı qaynadılır və dəri bu suyun içində bişirilir. Bu üsul 2 həftə davam etdirilərək müalicə edilə bilər.

Soğanın təsirində maraqlı bir təzad var: az yeyildikdə salatlarda ağız qoxusunu aradan qaldırır, lakin çox yeyildikdə bu, əksinə, pis qoxu yaradır. Az miqdarda soğan iştah açarkən, çox yeyildikdə iştahı azaldır. Bundan başqa, soğan damarların genişlənməsinə səbəb olur və xüsusilə kapilyar damarlarda təsiri nəzərə çarpır. Bu xüsusiyyətləri ilə soğan dəri xəstəliklərinin müalicəsi üçün çox faydalıdır.

Soğanı bol istifadə edənlərdə sellülit, çiban, komedonlar, varikoz damar genişlənməsi və dəri çatlaması kimi problemlər nadir hallarda müşahidə olunur. Sağalmayan çibanlar və ya furunkul zamanı bişmiş soğan həmin nahiyəyə tətbiq edilərək yeyilməsi tövsiyə olunur. Bu, soğanın antibakterial təsiri ilə çibanın daha sürətli sağalmasına və yenidən əmələ gəlməsinin qarşısını alır.

Ağ soğan xüsusilə müalicə məqsədilə daha təsirlidir. Qrip, haymorit və frontit kimi xəstəliklərdə buruna soğan suyu tökülməsi faydalıdır. Həmçinin, saçın sağlamlığını bərpa etmək üçün əzilmiş soğanı soda ilə qarışdırıb saç diblərinə tətbiq etmək saç folikullarını stimullaşdırır və yeni saçların çıxmasına kömək edir. Qulaq iltihabları zamanı isə soğan suyu gündə iki dəfə qulağa tətbiq edilə bilər.

Angina və faringitlərin müalicəsi üçün 50 qram soğan suyu ilə 100 qram bal qarışdırılıb kiçik qurtumlarla gündə 3 dəfə içilməlidir. Artroz, artrit və oynaqların ağrıları zamanı isə soğan ətçəkəndən keçirilərək oynaqlara tətbiq olunur və pambıqla bağlanır, ağrı keçirənə qədər təkrarlanır.

Dəri üzərindəki irinli yaraların müalicəsində, bişmiş soğan yara üzərinə qoyularaq bağlanılır. Ayrıca, stomatitlərin müalicəsi üçün soğan çeynənərək ağızda uzun müddət saxlanılır.

Soğan kiçik böyrək daşlarının düşməsini və onların yenidən əmələ gəlməsinin qarşısını almaqda faydalıdır. Həmçinin, ürək-damar xəstəliklərində də müsbət təsir göstərir.

Soğanın yüksək miqdarda istifadəsi, məsələn, birdəfəyə 2-3 ədəd soğan yemək zərərlidir. Kəskin mədə-bağırsaq problemləri olanlar soğanı yalnız bişmiş halda istifadə etməlidir.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun