İstifadə etdiyimiz məhsulların GMO-lu olub-olmadığını çılpaq gözlə və ya dadına baxaraq anlamaq mümkün deyil. Ancaq harada istehsal olunduğu və haradan idxal olunduğuna baxaraq, ya da tərkibində qlükoza, saxaroza, fruktoza, qarğıdalı nişastası, soya proteini varsa, GMO-lu olma ehtimalı var.
E-saglam.az qida eksperti Fərid Səfərovun yazısını təqdim edir:
Bəs GMO nədir ?
Biotexnologiya üsullarından istifadə edərək canlıların təbii olaraq qəbul edə bilmədiyi bir genin süni şəkildə daxil edilməsinə genetik modifikasiya-GMO deyilir.
Təəssüf ki, GMO-lu məhsullar bazarlarda, marketlərdə ayaq tutub yeriyir, əvvəllər yalnız mövsümündə əldə edə biləcəyimiz meyvə və tərəvəzləri indi istənilən vaxt istifadə edə bilirik. Fermerlər, icarədərlar, meyvə-tərəvəz istehsalı ilə məşğul olan insanlar keyfiyyətə yox, kəmiyyətə, məhsuldarlığa üstünlük verərək geni modifikasiya olunmuş toxumlardan istifadə edirlər, nəticədə tərkibində lazımi vitaminlər olmayan, dadsız, ləzzətsiz məhsullar satışa çıxarılır.
Hazırda müxtəlif kənd təsərrüfatı məhsullarının geni dəyişdirilmiş 120-dən artıq növü yaradılıb. Bu cür məhsullardan istifadə nəticəsində torpaqda olan bütün üzvü və mineral maddələr məhv olur, "ölü torpaqlar" əmələ gəlir.
Bu cür meyvə və tərəvəzlərdən istifadə sağlamlığımız üçün çox təhlükəlidir:
- kişi və qadın sonsuzluğu.
- vitamin çatışmazlığı.
- xərçəng və.s.
Zahiri görünüşünə aldanaraq, mövsümə uyğun olmayan meyvələri yeməyin, sağlamlığınızı və gələcəyinizi qoruyun.
Könül Oruc