Psixologiya
Gecələr yuxuya çətin keçənlərin diqqətinə -
Psixologiya
2343

Gecələr yuxuya çətin keçənlərin diqqətinə - Səbəblərini mütəxəssis açıqlayır

"Yuxusuzluqdan şikayət edən insanlar niyə asanlıqla yuxuya gedə bilmədiklərini heç vaxt soruşmurlar. Əksinə, düşündükləri tək şey yuxusuzluğun özüdür".

E-saglam.az xəbər verir ki, NLP mütəxəssisi, Zehin təlimçisi Burak Dalgül yuxu problemi olanların yatarkən narahatlıq və qorxularını sorğulamağa başladıqlarını deyib.

O bildirib ki, yataq yatıb dincəldiyiniz yerdir, iclas otağı deyil:

"Gün ərzində dayanmadan danışan beyin də sizinlə birlikdə yatağa gedir, susmur. Çünki insanlar həyatlarının əsl və tək rəhbərinin fərqində olmadan yaratdıqları təfəkkürləri olduğunu dərk etmirlər. Çətinliklə yuxuya gedən bütün insanlar daima ağlında “Nə istəyirsən?” sualı dolaşan insanlardır. İnsanlar zehnini məşq etdirmədikcə, onların tək rəhbəri ağıllarıdır. Onlar bütün gün ağıllarının köləsidirlər. Bu proses yataqda da davam edir. Son vaxtlar yuxuya getməkdə çətinlik çəkən insanların sayının artmasının ən əhəmiyyətli səbəbi bütün günü zehinlərində narahatlıq və qorxu içində yaşamalarıdır".

Tərcümə etdi: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun