
Prof. Dr. Canan Karatay ağ çörəyin sağlamlığa düşündüyümüzdən daha ciddi ziyanlar verdiyini açıqlayıb.

E-saglam.az xəbər verir ki, onu “ən şirin zəhər” adlandıran Karatay, ağ çörəyin daimi istifadəsinin xüsusilə ürək-damar xəstəliklərinə, beyin funksiyalarının zəifləməsinə və metabolik pozuntulara səbəb olduğunu bildirib.
O, milyonlarla insanın gündəlik istehlak etdiyi ağ çörəyin beyin fəaliyyətini yavaşlatdığını, bədəndə trigliserid səviyyəsini artıraraq damarların sərtləşməsinə və qalınlaşmasına yol açdığını qeyd edib. Bu isə infarkt, insult və digər ürək-damar xəstəliklərinin riskini artırır. Həmçinin, bu vəziyyət pankreatit, diabet və yüksək təzyiq kimi ciddi problemlərə də səbəb ola bilər.
“Rafinə un bədəndə həzm olunmur”
Mütəxəssis bildirib ki, ağ çörəkdə istifadə edilən rafinə unun tərkibində “aminopeptid şəkər” adlı maddə var və insan orqanizmi bu maddəni parçalamaq üçün uyğun fermentlərə malik deyil. Bu səbəbdən orqanizmdə yük yaratmış olur.
“Çörək müqəddəsdir, amma yeməyəcəksiniz!”
Canan Karatay “Çörək müqəddəs deyilmi, biz onu yeməyəcəyik?” deyə etiraz edənlərə cavab verərək bildirib: “Sən yeməyəcəksən, qardaş!” Onun fikrincə, bu məhsulların yaratdığı xəstəliklərin qarşısını almaq mümkündür, sadəcə olaraq düzgün seçim etmək lazımdır.
Zərərli “üç ağ” – Un, şəkər, duz
Karatay bir çox sağlamlıq probleminin kökündə “üç ağ” – un, şəkər və duzun dayandığını vurğulayıb. Bu maddələrin uzunmüddətli və nəzarətsiz istifadəsi bədəni zədələyir:
– Duz: Yüksək təzyiq, ödem və böyrək problemlərinə səbəb ola bilər.
– Şəkər: Diş çürüməsi, insulin müqaviməti, zəif immun sistem, qaraciyər piylənməsi və kolon xərçəngi riskini artırır.
– Un: Qan şəkərində kəskin dalğalanmalar, qida dəyərinin yoxluğu və mədə-bağırsaq sistemində pozuntulara səbəb olur.
Prof. Dr. Canan Karatay-ın xəbərdarlıqları sağlam həyat tərzi üçün ciddi siqnaldır. Ağ çörək və digər “gizli zəhərlər” gündəlik menyudan çıxarılmasa, nəticələri son dərəcə təhlükəli ola bilər. Sağlamlıq üçün çörəkdən imtina etmək, sadəcə pəhriz deyil, bir həyat seçimidir.
Tərcümə: Könül Oruc