Qidalanma
Həkimlərə görə sağlam qidalanmanın əsasını təşkil edən
Qidalanma
204

Həkimlərə görə sağlam qidalanmanın əsasını təşkil edən 7 qida qrupu

Sağlam həyat tərzinin əsas şərtlərindən biri düzgün və balanslı qidalanmadır.

E-saglam.az xəbər verir ki, həkim-diyetoloqlar Olqa Qonçarenko və Elena Tsybulina bildirirlər ki, düzgün qidalanma diabet, ürək xəstəlikləri və xərçəng kimi bir çox xroniki xəstəliklərin qarşısını almaqda mühüm rol oynayır. Həmçinin fiziki və zehni performansı qoruyur.

Sağlam pəhriz necə qurulmalıdır?

Əsas qayda – zülal, yağ və karbohidratların nisbətinə diqqət yetirməkdir. İdeal nisbət 30% zülal, 30% yağ və 40% karbohidrat olmalıdır. Pəhrizdə həm makro, həm də mikroelementlər (kalium, maqnezium, natrium və s.) mütləq yer almalıdır.

Gündəlik menyuda bu 7 məhsul mütləq olmalıdır:

Yumurta – Asan həzm olunan zülal və lesitin mənbəyidir. Beyin üçün vacibdir, aclıq hissini azaldır və qaraciyəri qoruyur.

Tərəvəz – Vitamin və liflə zəngindir. Gün ərzində 600 qramadək tərəvəz yemək tövsiyə olunur.

Meyvə – Vitamin və fruktoza mənbəyidir. Gündə 300 qramdan çox olmamalıdır və günün birinci yarısında qəbul edilməsi məsləhətdir.

Yaşıllıqlar – Antioksidantlarla zəngindir, lakin yüksək turşu tərkibli olduğu üçün bəzi xəstəliklər zamanı ehtiyatla istifadə olunmalıdır.

Ət – Zülal və dəmirin əsas mənbəyidir. Qırmızı ət həftədə 1-2 dəfə yeyilməlidir.

Balıq və dəniz məhsulları – Omeqa-3 yağ turşuları ilə zəngindir. Dondurulmuş balıq da qida dəyərini qoruyur.

Bitki yağları – Qoz, zeytun, kətan və üzüm çəyirdəyi kimi müxtəlif yağlar doymamış yağ turşuları baxımından faydalıdır. Gündəlik istifadə edilməlidir.

Əlavə olaraq, süd məhsulları da pəhrizə daxil edilə bilər. Günlük miqdar 400-600 ml-dən çox olmamalıdır. Qaymaq, dondurma kimi yüksək yağlı məhsullar isə məhdudlaşdırılmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun