
Xoş hadisələr və müsbət emosiyalar da həyatımızda mühüm rol oynasa da, beyin mənfi təəssüratları daha dərindən və daha uzun müddət yadda saxlamağa meyllidir.

E-saglam.az xəbər verir ki, bunun arxasında duran mexanizmləri izləməklə, özünüzü və ətrafınızdakı dünyaya reaksiyalarınızı daha yaxşı başa düşə, yaxşı və pisi xatırlayaraq balanslaşdırmağın yollarını tapa bilərsiniz.
Səbəb 1: Təkamüllə sağ qalma mexanizmləri
Təkamül boyunca, insanların təhlükələri və təhdidləri yadda saxlama meyli inkişaf edib, çünki bu, sağ qalmaq üçün həyati əhəmiyyət kəsb edirdi. Pis təcrübələri xatırlamaq və bu məlumatları analiz etmək, gələcəkdə oxşar təhlükələrdən qaçmağa kömək edir. Uğurlar və sevinclər isə bu qədər həyati əhəmiyyət daşımırdı.
Səbəb 2: Beyin fiziologiyası
Beynin amiqdala adlı hissəsi, qorxu və təhdidlərlə əlaqəli məlumatları emal edir. Mənfi hadisələr zamanı amigdala aktivləşir və stres hormonları istehsal olunur, bu da xatirələrin daha canlı və dərin yaddaşda qalmasına səbəb olur.
Səbəb 3: Mənfi təcrübələrin əhəmiyyəti
Beyin, mənfi təcrübələri daha çox diqqətə alır, çünki bunlar təhdid və təhlükə olaraq qəbul edilir. Bu məlumatlar gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün analiz edilir.
Bu üç səbəb, beyin meylini mənfi hadisələrə yönəldir. Bununla yanaşı, pessimist düşüncələrin qarşısını almaq üçün müsbət düşüncə və minnətdarlıq kimi yanaşmalar tövsiyə edilir.
Tərcümə: Könül Oruc