Psixologiya
Atalar bu 5 yanlış davranışları ilə övladlarına
Psixologiya

Atalar bu 5 yanlış davranışları ilə övladlarına zərər verirlər

Atanın övladına zərər verdiyi 5 yanlış davranış var.

Bu barədə E-saglam.az-a Uzman klinik psixoloq Narınc Rüstəmova məlumat verib.

Həmin yanlış davranışlar aşağıdakılardır: 

1. Gözləntilərini uşağa yükləmək

Atanın öz gözləntilərini övladlarına yükləməsi onların məqsəd və istəklərindən uzaqlaşmasına səbəb olur.

2. Alçaltmaq

Övladını başqalarının yanında alçaltmaq onun özünə olan güvənini aşağı salır və bu öyrənmə istəyini azaldır.

3. Davamlı tənqid etmək

Hər şeyə tənqidi yanaşanda uşaq özünə qarşı güvənini itirir. “Mən uğursuzam” qəlibinə girərək bacarıqsız olduğuna inanır və səhvlərini düzəltməyə cəhd göstərmir.

4. Şiddət və aqressiya

Təzyiq göstərmək və ya döymək uşağın zəka inkişafının ləngiməsinə və ciddi travmalar almasına səbəb olur.

5. Laqeydlik

Uşağa lazımi qədər diqqət göstərməmək onun hisslərinə, mənəvi ehtiyaclarına dəyər verməmək şəxsiyyətinin formalaşmasına mənfi təsir edir.

Könül Oruc

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun