Psixologiya
Ailə üzvlərindən zorakılıq gördüyünü iddia edən 14 yaşlı qızın valideynləri danışdılar - YENİLƏNİB + VİDEO
Psixologiya

Ailə üzvlərindən zorakılıq gördüyünü iddia edən 14 yaşlı qızın valideynləri danışdılar - YENİLƏNİB + VİDEO

Bakıda atası və xalasının əri tərəfindən zorakılığa məruz qaldığını iddia edən 14 yaşlı qızın valideynləri danışıblar.

“Xəzər” TV-də yayımlanan “Təsir Dairəsi” verilişində danışan ana bildirib ki, qızının dedikləri yalandır:

“Qızım mənə yalnız atasının ona qarşı etdikləri barədə məlumat verib. Mən ona inanmadım. Atası ona qarşı pis hərəkət etməyib. Bacımın yoldaşı barədə dedikləri də yalandır. O, elə adam deyil. Qızım onlara gedəndə bacım da həmişə evdə olur”.

14 yaşlı qızın atası isə verilişin aparıcısı Lalə Azərtaşın ona ünvanladığı “xüsusilə də içki içdikdən sonra qızına qarşı etdiyin hərəkətlər onun xoşuna gəlmir, bunu niyə davam etdirmisən?” sualına “qızımın üzündən öpüb işə getmişəm, başqa heç nə olmayıb” deyə cavab verib.

Ətraflı süjetdə:

18:55

Bakıda qızın atası və xalasının əri tərəfindən zorakılığa məruz qalması ilə bağlı açıqlama verilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a bildirib ki, 14 yaşlı qızın təhlükəsizliyi tam təmin olunub və müvafiq sığınacağa yerləşdirilib:

“Polis orqanında təhqiqat araşdırması aparılır. Tərəfimizdən zəruri tədbirlər görülür”.

17:58

Bakıda qız xalasının əri və atası tərəfindən zorakılığa məruz qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Xəzər” TV-də yayımlanan “Təsir Dairəsi” verilişə müraciət edən 14 yaşlı qız proqramın aparıcısı Lalə Azərtaşa danışıb.

Yeniyetmə atası və xalasının ərinin ona qarşı uyğunsuz hərəkətlər etdiyini bildirib. Qız evdən qaçaraq verilişə gəlib.

Qızcığazın sözlərinə görə, baş verən hadisələr anasının gözü özünündə olub:

“Anam mənə deyirdi ki, “qoy etsin, təki dava düşməsin”.

Ətraflı süjeti təqdim edirik:

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun