ABŞ həkimləri xəbərləri oxuyanda niyə əsəbləşdiyimizi
ABŞ həkimləri xəbərləri oxuyanda niyə əsəbləşdiyimizi

Amerika Psixoloji Assosiasiyası zorakılıq və travmatik xəbərlərə məruz qalmanın psixi sağlamlıq üçün potensial mənfi təsirlərini qeyd edərək xəbərdarlıq edib.

Məlumat alarkən psixi sağlamlığı necə qorumaq olar?

E-saglam.az xəbər verir ki, psixiatr Gail Saltz travmatik hadisələr bizdən uzaqda baş versə belə, onlara niyə belə güclü reaksiya verdiyimizi və bununla necə mübarizə aparacağımızı izah etdi.

Müasir media və sosial şəbəkələr təhlükəyə yaxınlıq qavrayışını gücləndirə bilən vizual məzmundan, o cümlədən hadisə yerindən foto və videolardan çox istifadə edir. Vizual şəkilləri yadda saxlamaq daha asandır, narahatlığa və həyəcana səbəb ola bilər.

Saltz bunun beyində və bədəndə ümumi oyanmaya səbəb olduğunu, insanları narahat etdiyini və uzun müddət məruzqalma ilə depressiya və ya stress pozğunluqlarına səbəb ola biləcəyini vurğuladı.

Bəzi insanlar, xüsusən də artıq psixi sağlamlıq problemləri olan və ya keçmişdə travma yaşamış olanlar, daimi şəkillər və hekayələr axını səbəbindən stress reaksiyalarına çox həssasdırlar.

Həkimlər gələcəkdə yuxu pozğunluğunun və mümkün narahatlıqların artmasının qarşısını almaq üçün bütün ailə üçün "media pəhrizi" tətbiq etməyi, xəbər mənbələrini və ekran vaxtını gündə 30 dəqiqədən çox olmayan və yatmazdan əvvəl məhdudlaşdırmağı tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az