"Tünd çayda daha yüksək konsentrasiyalı taninlər var - xlorid turşusunun ifrazını stimullaşdırarkən mədə-bağırsaq hərəkətliliyini bir qədər yavaşlada bilən təbii birləşmələr", - deyə həkim izah etdi.
Qastroenteroloq aydınlaşdırdı ki, bu səbəbdən tünd çay eroziv və xoralı kolitli insanlarda vəziyyəti daha da ağırlaşdıra bilər.
Həkim əlavə etdi ki, tünd çay qidadan dəmirin sorulmasını da poza bilər. Kaşux məsləhət gördü ki, dəmir çatışmazlığı anemiyası olan insanlar çay istehlakını məhdudlaşdırmalı və ya heç olmasa yeməkdən dərhal sonra içməkdən çəkinməlidirlər.
Tərcümə: Könül Oruc