Dr. Günay Rəsulova

Dr. Günay Rəsulova

Həkim-Pediatr

381 baxış 28.02.2026

UŞAQ SAĞLAMLIĞI: Hər valideynin bilməli olduğu həqiqətlər - "Sağlam Söhbət" podkastı

Video Haqqında

Uşaqlarda tez-tez rast gəlinən xəstəliklər, son illər sürətlə yayılan viruslar, temperaturun nə zaman təhlükə sayılması, antibiotiklərin hansı hallarda lazım olub-olmadığı kimi vacib mövzulara aydınlıq gətiririk.

Həmçinin uşaqlarda burun axması və öskürəyin immunitetlə bağlı olub-olmaması, immuniteti möhkəmləndirən gündəlik vərdişlər, D vitamininin neçə yaşa qədər verilməsi, düzgün dozası və peyvəndlərlə bağlı ən geniş yayılmış yanlış fikirləri də mütəxəssisin izahı ilə dinləyə bilərsiniz.

Buraxılışda uşaqlarda ağız qoxusunun səbəbləri, diş çürük­lərinin ürək sağlamlığına təsiri, ayaqları içəriyə doğru yerimə problemi, hiperaktivlik mövzusu, iştahsızlığın səbəbləri və həlli yolları da izah olunur.

Qida əlavələrinin uşaqlara necə və nə zaman verilməsi, bağça menyusunun necə olmalı olduğu, fast-food-un uşaqlar üçün riskləri, son illərdə artan allergiya halları və qida allergiyasının ilkin əlamətləri barədə də geniş məlumat təqdim edilir.

Əgər siz də övladınızın sağlamlığı ilə bağlı ən çox verilən suallara düzgün, tibbi cəhətdən dəqiq cavab axtarırsınızsa, bu buraxılış tam sizin üçündür.

E-saglam.az