Tibbi xəbərlər
Yaqut Qarayeva: “Azərbaycanda tibbi tullantıların daşınması ilə bağlı ciddi problem var”
Tibbi xəbərlər
189

Yaqut Qarayeva: “Azərbaycanda tibbi tullantıların daşınması ilə bağlı ciddi problem var”

“Tibbi tullantıların ayrılması xəstəxanada daxilində baş verir”.

E-saglam.az xəbər verir ki, APA-nın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva “Xəstəxanalarda infeksiyaya nəzarət proqramlarının tətbiqi” mövzusunda proqramda bildirib.

Rusiya meyvə-tərəvəz idxalçıları qarşısında yeni tələblər qoyub

Mülki müdafiə işinə dair təlim-metodiki toplantı keçirilib

Türkiyədə müalicə olunan Vətən müharibəsi qazisi vəfat edib

Y. Qarayeva deyib ki, tibbi tullantı xəstəxanada ayrılmalıdır: “Xəstə ilə təmasda olmuş hər bir tullantı infeksion tullantıdır. Xəstəxananın ofis hissəsində əmələ gələn tullantılar isə qeyri-infeksion məişət tullantıları olur. Xəstəxanada kəsici-dəlici tullantılar da olur, bunlar da çox təhlükəlidir. Məsələn, biz iynəni zibil torbasına atırdıq. Bu iynə sonra torbanı deşərək düşə və başqa ciddi problemlərə yol aça bilər. Ona görə belə tullantılar üçün plastik qablardan istifadə olunmalıdır”.

TƏBİB-in departament müdiri qeyd edib ki, Azərbaycanda tibbi tullantıların daşınması ilə bağlı ciddi problem var: “Tullantıların daşınmasını başqa orqanlar həyata keçirməlidir, bu, xəstəxananın özünün daşıyacağı bir yük deyil. Məsələn, Türkiyədə bu tullantıları bələdiyyə daşıyır, bu, xəstəxananın işi deyil. Hər bir xəstəxananın topladığı tullantıları özünün utilizasiya etməsi başqa problemə səbəb ola bilər. Bunun ekoloji problemləri var. Bu tullantılar harada utilizasiya olunur, doğrumu utilizasiya olunur? Ona görə də dünyada bu tullantıları xəstəxana müvəqqəti toplayır, müvəqqəti saxlamaq üçün xüsusi standartlara uyğun yer hazırlayır”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun