Tibbi xəbərlər
6 növ bel ağrısına diqqət edin:
Tibbi xəbərlər
182

6 növ bel ağrısına diqqət edin: Xəstəliklərin xəbərçisidir

Bel ağrısı hər zaman əzələ ilə bağlı olmaya bilər. Bəzən bu, daxili orqanların – böyrək, qaraciyər və ya ağciyərlərin – xəbərdarlığı ola bilər.

E-saglam.az xəbər verir ki, ağrının növü, yeri və onu müşayiət edən simptomlar (qızdırma, sarılıq, tənəffüs çətinliyi) səbəbin müəyyənləşdirilməsini asanlaşdırır.

1. Öskürəndə yaranan bel ağrısı

Asqırarkən və ya dərindən nəfəs alarkən artan bel ağrısı, ağciyər və ya böyrək infeksiyasına işarə edə bilər. Sətəlcəm və plevrit kimi hallarda ağrı arxaya yayıla bilər. Böyrək iltihabı da təzyiq dəyişməsi ilə ağrını artırır. Belə hallar tibbi qiymətləndirmə tələb edir.

2. Aşağı bel ağrısı

Əgər ağrı onurğanın yanlarından qabırğa səviyyəsində başlayırsa və qasığa qədər yayılırsa, bu, böyrək daşları və ya infeksiyaların əlaməti ola bilər. Sidikdə yanma, tez-tez getmə və qızdırma müşahidə edilə bilər.

3. Yan ağrı – qarının aşağı hissəsinə yayılan

Bir və ya hər iki tərəfdə hiss edilən bu ağrı böyrəklərlə bağlıdır – daş, infeksiya və ya tıxanma kimi hallar əsas səbəblərdəndir. Qızdırma, titrəmə, ürəkbulanma, sidiyin rəngində dəyişikliklərlə müşayiət oluna bilər.

4. Sağ üst bel ağrısı

Qaraciyərlə əlaqəli problemlər – hepatit, abses, yağlı qaraciyər və şişlər – sağ kürək altına yayılan ağrılarla özünü göstərə bilər. Sarılıq, yorğunluq və ürəkbulanma kimi əlamətlər varsa, qaraciyər yoxlanmalıdır.

5. Orta və üst bel ağrısı

Ağciyərlə bağlı xəstəliklər – pnevmoniya, plevrit, emboliya, xərçəng – çiyin bıçaqları ətrafında ağrılarla müşahidə oluna bilər. Nəfəs darlığı, öskürək, döş qəfəsində sıxılma bu ağrıları müşayiət edə bilər.

6. Çiyinlərə vuran ağrı

Bu, "əks olunan ağrı" adlanır. Sol çiyində ağrı – ağciyər və ya diafraqma problemini, sağ çiyində isə qaraciyər və öd kisəsi xəstəliyini göstərə bilər. Bu tip ağrı nevroloji reaksiyanın nəticəsidir.

 

Qeyd: Bu məlumatlar tibbi diaqnoz üçün deyil, maarifləndirmə məqsədi ilə təqdim olunur. Sağlamlığınızla bağlı narahatlıq hiss edirsinizsə, həkimə müraciət edin.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun