Tədbirlər
Bakıda Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin
Tədbirlər
118

Bakıda Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin 3-cü Beynəlxalq Konqresi keçirilib

17 May 2025-ci il tarixində Bakıda JW Marriot Abşeron otelində Ə.Əliyev adına ADHTİ Otorinolarinqologiya kafedrasının 80 illik yubileyinə həsr olunmuş Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin 3-cü Beynəlxalq Konqresi keçirilmişdir.

E-saglam.az xəbər verir ki, konqres Azərbaycan Səhiyyə Nazirli Elmi Tibbi Şurası tərəfindən 8 Davamlı Tibbi Təhsil krediti ilə akkreditasiya edilmiş və onun işində 250-dən çox otorinolarinqoloq iştirak etmişdir.

Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan Respublikasının himninin səsləndirilməsindən sonra Konqresin rəsmi hissəsini təşkilat komitəsinin sədri, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun rektoru Professor Nazim Qasımov açıq elan etməklə, iştirakçıları salamlamış, ADHTİ Otorinolarinqologiya kafedrasının tarixinə qısa ekskurs etmiş, Azərbaycan tibbinin, xüsusən otorinolarinqologiyanın inkişaf ritmi haqda məluma vermişdir.

AR Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, TƏBİB icraçı direktorunun müavini Araz Nəsirov, CWASOS prezidenti Professor Metin Önerci, IFOS2026 prezidenti Professor Özgür Yiğit, Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin sədri Professor Nazim Hüseynov konqres iştirakçılarını salamlamış və konqresin işinə müvəffəqiyyət arzulamışlar. Dosent Akif Əfəndiyev ziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun Otorinolarinqologiya kafedrasının tarixi mövzulusunda açılış məruzəsi ilə çıxış etmişdir. Sonra konqresin elmi proqramına keçid edilmişdir.

Konqresin elmi proqramı otorinolarinqologiyanın müxtəlif problemlərinə həsr olunmuş 6 paneldən ibarət olmuşdur ki, burda da 33 məruzəçi öz elmi işlərini təqdim etmişlər. Azərbaycanlı məruzəçilərlə yanaşı Mərkəzi və Qərbi Asiya Qulaq Burun Boğaz və Baş boyun cərrahiyyəsi birliyinin (CWASOS) sədri Professor Metin Önerci, 2026-cı ildə İstanbulda keçiriləcək Dünya Qulaq Burun Boğaz konqresinin (IFOS 2026) sədri Professor Özgür Yiğit, Avropa Foniatriya Cəmiyyətinin prezidenti Professor Haldun Oğuz, Türk Qulaq burun boğaz və baş boyun cərrahiyyəsi cəmiyyətinin sədri Professor Suat Turqut, Beynəlxalq Səhiyyə Təhsili və Araşdırmaları Cəmiyyətinin sədri Professor Selim Semed Erbek kimi tanınmış Türkiyəli elm adamları konqresin elmi komitəsində təmsil olunmuşlar.

Elmi proqram əsasən müzakirəli interaktiv panellər şəklində hazırlanmışdır ki, bu panellərdə aparılan müzakirələr konqres iştirakçılarının çox marağına səbəb olmuş, konkret mövzu üzrə biliklərinin artırılmasında ciddi rol oynamışdır. Bu, konqresin gedişində və sonrasında həkimlərdən müxtəlif platformalar üzərindən alınmış rəylərdə də qeyd edilmişdir.

Bütün yazılanları nəzərə alaraq konqresin həkimlərimizin elmipraktik biliklərinin artırılmasında mühüm rol oynadığını deyə bilərik. 

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun