Gözəllik-dəb
Yalnız bir səhvlə üzünüzü
Gözəllik-dəb
310

Yalnız bir səhvlə üzünüzü korlaya bilərsiniz - Dermatoloq açıqladı

Məşhur dermatoloq dəriyə qulluq edərkən edilən ən böyük səhvi izah etdi. Çox insan bunu edir amma üzünü korlaya bilərsən... 

E-saglam.az xəbər verir ki, Dermatoloq Dr. Ree Adel xəbərdarlıq edir ki, dəriyə qulluq rutininizə əməl etdikdən sonra dişlərinizi fırçalamaq dərinizə mənfi təsir göstərə bilər.

Ree sosial media hesabından verdiyi açıqlamada diş pastasının tərkibindəki flüorun dəriyə mənfi təsir göstərə biləcəyinə diqqət çəkib. Adel dişlərinizi fırçalamadan əvvəl dəriyə qulluq etməyi tövsiyə edir. O, sosial şəbəkədəki paylaşımında "Dəriyə qulluq etdikdən sonra dişlərinizi fırçalasanız, həqiqətən üzünüzü korlamış olursunuz", - dedi.

Doktor Ree qeyd edir ki, diş pastasının tərkibindəki ftorid ağız ətrafındakı dəridə iltihablı, qırmızı sızanaqların əmələ gəlməsinə səbəb ola bilər. Bu vəziyyət perioral dermatit adlanır və adətən ağız ətrafında qırmızı səpgilərlə özünü göstərir. Perioral dermatit dərinin quruluğu, qabıqlanması, şişməsi və bəzən şişməsi kimi əlamətlərlə özünü göstərir, bəzi insanlarda isə qaşınma və ya yanma hissi yarada bilir.

Ree izah etdi ki, tərkibində flüor olan diş pastası perioral dermatitə səbəb ola bilər, xüsusən də yerli steroidlərlə, inhalyasiya olunmuş reçeteli steroid spreyləri və ya ağır nəmləndiricilərlə istifadə edildikdə. Bundan əlavə, bu vəziyyət ümumiyyətlə 25-45 yaş arası qadınlarda daha çox rast gəlinir. Tibb mütəxəssisləri Dr. Reenin təklifinin doğruluğunu təsdiq edərək, həll yolunun olduqca sadə olduğunu qeyd etdi: “Əvvəlcə dişlərinizi fırçalayın, sonra üzünüzü yuyun və dəriyə qulluq rutininizə davam edin”.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun