Balqabaq və süd birləşməsi qış aylarında qrip və soyuqdəyməyə qarşı güclü qoruyucu təsir göstərir.
E-saglam.az xəbər verir ki, bu ikili tərkibindəki C vitamini, antioksidant və antiinflamatuar xüsusiyyətləri ilə immuniteti gücləndirir və bədəni xəstəliklərdən qoruyur.
Çəki nəzarəti və maddələr mübadiləsi: Balqabaq aşağı kalorili və yüksək lif tərkibi ilə həzmi tənzimləyir və toxluq hissi yaradır. Südlə birlikdə maddələr mübadiləsini sürətləndirərək sağlam çəki nəzarətini dəstəkləyir.
Dəriyə faydası: Balqabaq və süd qarışığı dərini qidalandırır, parlaq və sağlam görünüş qazandırır. Antioksidantlar dərinin qocalmasını gecikdirir və qırışların qarşısını alır.
Həzm sistemini tənzimləyir: Yüksək lif tərkibi ilə balqabaq qəbizliyi azaldır və həzmi asanlaşdırır. Südlə birlikdə bağırsaq hərəkətlərini sürətləndirir və mədəni sakitləşdirir.
Əhval-ruhiyyəni yaxşılaşdırır: Balqabaq və süd serotonin istehsalını artıraraq qış depressiyasına qarşı təsirli olur və əhval-ruhiyyəni yaxşılaşdırır.
Sümük və ürək sağlamlığı: Kalsium və kalium baxımından zəngin olan bu qarışıq sümükləri gücləndirir və ürək sağlamlığını dəstəkləyir, qan təzyiqini tənzimləyir.
Belə ki, balqabaq və süd birləşməsi, sağlamlıq üçün qış mövsümünün əvəzolunmaz qidasıdır. Müntəzəm istifadə ilə həm xəstəliklərdən qorunmaq, həm də ümumi sağlamlığı yaxşılaşdırmaq mümkündür.
Tərcümə: Könül Oruc