Tibbi xəbərlər
Sosial şəbəkələrdə məşhur olan bu pəhriz
Tibbi xəbərlər
234

Sosial şəbəkələrdə məşhur olan bu pəhriz insan həyatı üçün təhlükədir

Son dövrlərdə sosial şəbəkələrdə "karnivor pəhriz" (ətyeyən) adı ilə məşhur olan bu pəhriz yalnız ət və heyvan məhsulları ilə qidalanmağı nəzərdə tutur.

E-saglam.az xəbər verir ki, tərəvəz, meyvə və digər qida qruplarından imtina edən bu pəhriz qısa müddətdə arıqlamağa kömək etsə də, sağlamlıq üçün ciddi risklər yarada bilər.

Mütəxəssislər xəbərdarlıq edir ki, bu pəhriz böyrəklərə əlavə yük gətirir, ürək-damar xəstəlikləri və yüksək xolesterin fonunda mənfi təsirlər yarada bilər. Karnivor pəhriz vitamin və minerallarla zəif olduğu üçün immunitet sistemini zəiflədə və uzun müddətdə kolorektal xərçəng riskini artıran az lifli qidalanmaya səbəb ola bilər.

Mütəxəssislər müxtəlif qida qruplarını – tərəvəz, meyvə, qoz-fındıq, taxıl, ət, toyuq və balıq daxil edən balanslı bir pəhrizi tövsiyə edirlər. Bu yanaşma uzun müddətli sağlamlıq üçün daha effektivdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun