Xəstəliklər
Son günlərdə koronavirusa yoluxma sayının artması nə ilə əlaqədardır? - AÇIQLAMA
Xəstəliklər
112

Son günlərdə koronavirusa yoluxma sayının artması nə ilə əlaqədardır? - AÇIQLAMA

“Yumşalmalardan sonra koronavirusa yoluxma sayında artım olub. Gözlədiyimiz kimi, yoluxma sayında sıçrayışlı artım müşahidə edilməsə də müəyyən qədər yüksəliş var”.

E-saglam.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Kliniki Tibbi Mərkəzin koronaviruslu xəstələrin müalicəsi şöbəsinin rəhbəri, həkim-infeksionist Fərrux Sədirov deyib.

Onun sözlərinə görə, buna səbəb sosial təmasın bu və ya digər şəkildə artmasıdır: “Kütləvi tədbirlərin keçirilməsi zamanı insanlar arasında təmas artır. Bu da yoluxmaların artmasına gətirib çıxarır. İkinci məsələ koronavirusun “Delta” variantıdır. Bildiyimiz kimi, “Delta” ştammı daha sürətli yayılma potensialına malikdir. Bu da yoluxma sayının artmasında müəyyən qədər rol oynayır. Üçüncüsü isə vaksinasiyadır. Aparılan hesablamalar nəticəsində müəyyən olunub ki, yoluxanların 99 faizi peyvənd olunmayanlardır. Bütün bu amillər yoluxmaların artmasına öz təsirini göstərir”.

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb, 225 nəfər müalicə olunaraq sağalıb, dörd nəfər vəfat edib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun