Mütəxəssislər insanları səhərlər ilıq su içməyə çağırıb.
E-saglam.az xəbər verir ki, onlar bu vərdişin sağlamlığa faydalarını izah ediblər.
Detoksifikasiya baş verir. Zərərli maddələr bədəndən daha asan çıxarılır.
Metabolizm və həzm stimullaşdırılır. İlıq su içdikdən sonra bədəndəki qan damarları genişlənir, buna görə də maye mədəyə daha tez çatır və yeməyin parçalanmasına kömək edir.
Kalori yandırılmasını artırır. İlıq su içdikdən sonra bədən istiliyi yüksəlir, damarlar və venalar genişlənir və bu da qan axını yaxşılaşdırır. Nəticədə, əzələlər və digər toxumalar qanla daha yaxşı təmin edilir və yağ yataqları daha asan həll olunur.
Qan dövranı stimullaşdırılır. Oyandıqdan dərhal sonra isti su içsəniz, enerji artımına arxalana bilərsiniz. Bədən istiliyinin bir qədər artması qan dövranını stimullaşdırır və bədəni daha tez oyadır.
Selikli qişalar nəmləndirilir. İlıq su burun, boğaz və mədə-bağırsaq traktında bəlğəmin yığılmasını, həmçinin bu nahiyələrdə virus və bakteriyaların çoxalmasını azaldır.
Ağrı kəsilir. İstiliyin rahatlaşdırıcı və antispazmodik təsiri də içəridən işləyir.
Tərcümə: Könül Oruc