Tibbi xəbərlər
Parkinson xəstəliyini aşkar edən
Tibbi xəbərlər
305

Parkinson xəstəliyini aşkar edən qələm istehsal edildi

Alimlər Parkinson xəstəliyinin ilkin əlamətlərini aşkar edə bilən xüsusi qələm hazırlayıblar.

E-saglam.az xəbər verir ki, əl yazısını təhlil edən və süni intellektlə işləyən bu qələm ucuz və əlçatan diaqnostika vasitəsi olmaq potensialına malikdir.

Parkinson xəstəliyi dünyada 10 milyondan çox insana təsir edir. Titrəmə, əzələ sərtliyi və yavaş hərəkətlər kimi əlamətlərlə özünü göstərən xəstəliyin Alzheimerdən sonra ikinci ən çox görülən nevroloji xəstəlik olduğu bilinir. Həm də bu qrupdakı ən sürətlə inkişaf edən xəstəliklərdən biridir.

Parkinson xəstəliyinin diaqnozu çox vaxt xəstənin motor hərəkətlərinin müşahidəsinə əsaslanır. Bununla belə, bu üsul xüsusilə aşağı və orta gəlirli ölkələrdə qeyri-adekvat ola bilər, çünki mütəxəssis həkimlər və qabaqcıl texnologiya tələb edir. Erkən diaqnozu olmayan bir çox insana xəstəliyin sonrakı mərhələlərində diaqnoz qoyulur.

Qələmin iş prinsipi necədir?

Los-Ancelesdəki Kaliforniya Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış qələmin tərkibində maqnit mürəkkəbi və xüsusi ucu var. Qələm insanın yazarkən etdiyi hərəkətləri elektrik siqnallarına çevirir. Bu siqnallar daha sonra Parkinson xəstəliyinin əlamətlərini axtarmaq üçün süni intellektlə təhlil edilir.

Əl yazısı beyin və əl arasında koordinasiyanı əks etdirən mürəkkəb bir proses hesab olunur. Əvvəlki araşdırmalar Parkinson xəstəliyinin əl yazısına əhəmiyyətli dərəcədə təsir etdiyini göstərdi. Yeni hazırlanmış qələm bu dəyişiklikləri dəqiq ölçə bilir.

Yüksək dəqiqliklə aşkar edir

Tədqiqatçılar Parkinson xəstəliyi olan 3 nəfərin yazı nümunələrini 13 sağlam insanın yazı nümunələri ilə müqayisə ediblər. Süni intellektlə işləyən qələm bu nümunələri 95 faizdən çox dəqiqliklə ayırd edə bildi. Bu kiçik miqyaslı tədqiqat texnologiyanın etibarlı diaqnostika vasitəsi ola biləcəyini ortaya qoydu.

Tədqiqatçıların fikrincə, bu qələm, xüsusilə resurs çatışmazlığı olan bölgələrdə, ucuz qiymətə və asan yayıla bilən quruluşa görə effektiv həll yolu ola bilər. Mütəxəssislər, "Bu cihaz Parkinson xəstəliyinin diaqnozunda geniş istifadə edilə bilən praktik bir üsul təklif edir" dedi.

Diaqnoz qoyulmamış şəxslərə ümid

Qələm xüsusilə hələ Parkinson diaqnozu qoyulmamış, lakin xəstəliyin erkən əlamətlərini göstərən şəxslər üçün böyük bir üstünlük ola bilər. Erkən diaqnoz sayəsində müalicə prosesinə vaxtında başlamaq və xəstəliyin irəliləmə sürətini yavaşlatmaq olar.

Tədqiqatçılar qeyd edirlər ki, texnologiya daha böyük iştirakçı qrupları ilə sınaqdan keçirilməlidir. Geniş klinik tədqiqatlardan sonra bu qələmin bütün dünyada geniş yayılmış diaqnostika vasitəsi kimi təqdim edilməsi nəzərdə tutulur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun