Qidalanma
Səhər yediyiniz qidalar görünüşünüzə təsir edirmiş -
Qidalanma
154

Səhər yediyiniz qidalar görünüşünüzə təsir edirmiş - Fransa alimlərindən heyrətamiz araşdırma

Səhər yeməyi dərhal insanın görünüşünə təsir edir.

E-saglam.az xəbər verir ki, Fransanın Monpelye Universitetinin alimləri belə qənaətə gəliblər. Onlar əldə etdikləri nəticələri "PLOS ONE" elmi jurnalında dərc ediblər.

Tədqiqatda təxminən eyni cazibədarlığa malik 104 fransız kişi və qadın iştirak edib. Yeməkdən iki saat sonra onların şəklini çəkiblər və maraqlanmayan insanlar tərəfindən könüllülərin görünüşünü qiymətləndirmələri xahiş olunub.

Fotosessiyadan dərhal əvvəl yeyilən səhər yeməyi hər iki cins üçün cəlbediciliyə əhəmiyyətli dərəcədə təsir edib.

Məlum olub ki, mürəbbəli ağ çörək, bir stəkan meyvə şirəsi və şəkərli çay və ya qəhvə kimi zərif karbohidratlı səhər yeməyi insanları daha az cəlbedici edir. Eyni zamanda, yüksək enerjili qidaların istehlakı - kərə yağı və pendirli qara çörək, portağal və ya alma və şəkərsiz isti içki - daha yüksək cəlbedicilik reytinqləri ilə əlaqələndirildi.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun