Gözəllik-dəb
Saçların uzanmasını sürətləndirən
Gözəllik-dəb
518

Saçların uzanmasını sürətləndirən 5 təbii resept

Saç tökülməsi və yavaş uzanma problemi çoxlarını narahat edir. Bahalı məhsullara ehtiyac yoxdur – evdə tapılan təbii vasitələrlə saçların sağlamlığını dəstəkləmək mümkündür.

E-saglam.az xarici mediaya istinadən həmin üsulları təqdim edir:

1. Soğan suyu: Kükürdlə zəngindir, saç köklərini qidalandırır, kollagen istehsalını artırır. Soğanı sıxıb suyunu saç dərisinə çəkin, 10 dəqiqə saxlayıb yuyun. Həftədə 2 dəfə tətbiq edin.

2. Kokos yağı: Dərin qidalandırır, nəmləndirir, baş dərisini qoruyur. Qızdırılmış yağı masajla çəkin, 30 dəqiqə və ya gecə boyu saxlayın. Həftədə 1-2 dəfə istifadə edin.

3. Aloe vera: Qaşıntı və kəpəyə qarşı təsirlidir. Geli saç dərisinə çəkin, 30 dəqiqə saxlayıb yuyun. Həftədə 2-3 dəfə uyğundur.

4. Əncirotu (fenugreek): Zülal və nikotinik turşu ilə zəngindir, saç tökülməsini azaldır. İsladılmış toxumları əzib pastanı saç dərisinə çəkin, 30 dəqiqə sonra yuyun.

5. Bal və zeytun yağı: Saçı nəmləndirir, yumşaldır və gücləndirir. Qarışığı saçınıza çəkin, 30 dəqiqə sonra ilıq su ilə yuyun. Həftədə bir dəfə istifadə edin.

Bu sadə reseptlər saçlarınızın daha sağlam və sürətli uzanmasına kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun