Faydalı
Qumla oynamaq uşaq sağlamlığına necə təsir edir?
Faydalı
477

Qumla oynamaq uşaq sağlamlığına necə təsir edir?

"Qumla oynamaq uşaq sağlamlığına olduqca müsbət təsir göstərir".

E-saglam.az xəbər verir ki, bu fikirləri "Sağlam radio"da yayımlanan "Sağlam səhər" verilişində Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Nuranə Hüseynova açıqlayıb.

Onun sözlərinə görə, bu, maddələr mübadiləsini yaxşılaşdırmağa, dəri xəstəliklərinin, tənəffüs orqanlarının, sinir sisteminin fəaliyyətinin, oynaqların müalicəsində kömək edir:

"Eyni zamanda, qumlu səthdə ayaqyalın gəzmək ayaqlar üçün faydalıdır. Uşaqların qumla oynadığı zaman valideynlər təhlükəsizlik qaydalarına riayət etməlidilər. Zədələnən dəri ilə qumda oynamaq olmaz, çizilmələr və kəsiklər tamamilə sağalmalıdır. Əks halda yaraya infeksiyanın düşmə riski yüksəkdir".

Pediatr qeyd edib ki, körpənin soyuq qumun üzərində oturmasına icazə verməyin:

"Bu, genital sisteminin iltihabı xəstəliklərinə səbəb ola bilər".

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun