Qış aylarında tənəffüs yolu infeksiyalarının ən çox rast gəlinən xəstəliklər olduğunu bildirən mütəxəssislər, immunitetin zəifləməməsi üçün həm qidalanmaya, həm də yuxu rejiminə diqqət yetirməli olduğunuzu vurğulayırlar.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, vitamin çatışmazlığının da orqanizmi infeksiyalara qarşı həssas hala gətirdiyini ifadə edən mütəxəssislər bildirir ki, havada ani temperatur dəyişmələri, günəşə aldanan nazik paltarlar geyinmək, pəhriz və yuxu rejimini dəyişmək bədən müqavimətini azaldır. Bu vəziyyət həm də infeksiyalara, soyuqdəymə və qripə qarşı həssaslığın artmasına səbəb olur.
Soyuqdəymələrin virus infeksiyalarından qaynaqlandığını vurğulayan Dr. Dilek Sarsu qeyd edib ki, qrip bakterial infeksiyalardan qaynaqlanır: "Qrip daha şiddətli olsa da, soyuqdəymə qripin daha yüngül bir variantı sayıla bilər. Soyuq və istilik arasındakı hava balansına diqqət etmək lazımdır. Əlləri tez-tez yumaq qripi azaldır. Peyvəndlər xəstəliyə tutulma riskini bu xəstəliklərdən qoruyur. Bu dövrdə bol su istehlak edilməli, gigiyena və məsafəyə riayət edilməli, nizamlı yuxuya diqqət yetirilməlidir. Ən əsası nizamlı və balanslı qidalanmaya riayət edilməlidir".
Tərcümə: Könül Oruc