Tibbi xəbərlər
Tibbi xəbərlər
211

Operativ Qərargahın bu qadağaları ləğv edilə bilər - VİDEO

Koronovirus səbəbindən bir ildən artıqdır ki, bağlı olan obyektlərin fəaliyyətinə qoyulan qadağa aradan qaldırıla bilər.

E-saglam.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət uşaq əyləncə mərkəzləri, kinoteartlar, hamamlar və oyun zallarından gedir.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli hesab edir ki, Azərbaycan vaksinasiya prosesinə erkən başlayan, koronovirusla mübarizə sahəsinə öz töhvəsini verən sayılı ölkələrdəndir. Elə buna görə də müəyyən şərtlər əsasında məhdudiyyət tətbiq edilən sahələrin fəaliyyətinə tədricən icazə verilə bilər.

Millət vəkilinin fikrincə, adı çəkilən sahələrə icazə verildikdən sonra bir müddət xüsusi nəzarətdə saxlanılmalıdır. Amma yoluxma sayı bu sahələrə görə artarsa, məhdudlaşdırıcı addımlar atılmalıdır.

Vətəndaşlar isə ümid edirlər ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələləri yenidən nəzərdən keçirəcək və müvafiq qərar qəbul edəcək.

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun