Tibbi xəbərlər
Millət vəkili 3-cü doza vaksin vurdurdu
Tibbi xəbərlər
70

Millət vəkili 3-cü doza vaksin vurdurdu

Milli Məclisin deputatı Naqif Həmzəyev 3-cü doza vaksin vurdurub.

E-saglam.az bildirir ki, Deputat “Qafqazinfo”ya açıqlamasında nə üçün 3-cü doza vaksin vurdurması məsələsinə aydınlıq gətirib. Onun sözlərinə görə, könüllülük prinsipi əsasında, vətəndaşlara nümunə olaraq 3-cü doza vaksin vurdurub: “Biz də millət vəkili olaraq risk qrupuna daxilik. Çünki vətəndaşlarla daha çox ünsiyyətdə oluruq. Nəzərə alaq ki, qonşu ölkələrdə də artıq 3-cü doza vaksin vurulmasına başlanılıb. Xüsusilə “Delta” fazasından qorunmasq üçün 3- cü doza olaraq “Pfizer” vaksininin vurulması tövsiyə olunur. Bundan əvvəl isə iki doza "Sinovac" peyvəndini qəbul etmişdim”.

N. Həmzəyev 3-cü doza peyvəndini Gəncə Beynəlxalq Xəstəxanasında vurdurub.

Qeyd edək ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə yaydığı məlumatlara əsasən, 3-cü doza vaksin (buster) 2-ci dozadan 6 ay keçdikdən sonra, yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslərə) vurulması məqsədəuyğun hesab olunur. Tədqiqatlara görə, qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul etdiyiniz 2 dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza qəbul oluna bilər.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun