Tibbi xəbərlər
Koronavirusun təkamülü xoşagəlməz istiqamətdə gedir - Rusiyalı alim
Tibbi xəbərlər
82

Koronavirusun təkamülü xoşagəlməz istiqamətdə gedir - Rusiyalı alim

Getdikcə daha çox yeni-yeni ştammlar görünə bilər. Əslində milyonlarla mutasiya var, onlar yönləndirilmiş deyil, təsadüfidirlər. Növbəti məsələ təkamülün hansı variantı seçməsindən asılıdır.

Bu barədə Rusiya Elmlər Akademiyası Klinik və Eksperimental Tibb İnstitutunun aparıcı elmi işçisi, Federal Fundamental və Translyasiya Tibb Araşdırma Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiya Laboratoriyasının rəhbəri, virusologiya üzrə professor, biologiya elmləri doktoru Aleksandr Çepurnov koronavirusla bağlı vəziyyəti Oxu.Az üçün şərh edərkən bildirib.

“Virusun üstünlüyü olan variantları ortaya çıxıb. Məsələn, daha az reseptora bağlanırlar, həmçinin bu və ya digər şəkildə immun cavabdan qaçırlar. Məhz onlar dominatlıq edirlər”.

Professor bildirib ki, bu, “Britaniya ştammı”nda, daha sonra isə “Hindistan ştammı”nda baş verdi. O, kifayət qədər sanitariya və intizam səviyyəsinin olmamasının virusu sürətlənmiş təkamülə sövq etdiyini vurğulayıb.

“Antigenik determinantlarda (immunitet sistemi tərəfindən tanınan antigen makromolekulunun bir hissəsi - red.) dəyişiklik oldu. “Uhan ştammları” ilə müqayisədə Hindistanda yayılan “delta ştammı”nda səkkiz belə əvəzetmə olub. Beləliklə, koronavirusun təkamülü bəşəriyyət üçün xoşagəlməz istiqamətdə gedir”, - deyə Çepurnov sözlərini yekunlaşdırıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun