Xəstəliklər
II tip şəkərli diabet necə inkişaf edir və əsas kimlərdə rast gəlinir?
Xəstəliklər
237

II tip şəkərli diabet necə inkişaf edir və əsas kimlərdə rast gəlinir?

II tip şəkərli diabet (əvvəllər bunu insulindən asılı olmayan diabet də adlandırırdılar) daha tez-tez müşahidə olunur. Bu xəstəlik əsasən yaşlı xəstələrdə müşahidə olunub, adətən 40 yaşdan sonra təsadüf edilir. Bu tip xəstələrin 90 %-də artıq çəki müşahidə olunur.

 

E-saglam.az xəbər verir ki, endokrinoloq Qəzənfər Kazımovun sözlərinə görə, II tip dibaetdə irsi faktorun da rolu böyükdür. Belə ki, yaxın qohumlarda bu xəstəliklə xəstələnmə halları müşahidə oluna bilər. I tip diabetdən fərqli olaraq II tip şəkərli diabet qəflətən deyil, müəyyən müddət ərzində, çox vaxt hiss olunmadan inkişaf edir. Belə xəstələr uzun müddət xəstəlikdən əziyyət çəkə bilər, lakin xəstəliyindən xəbərsiz ola bilərlər.

Qanda şəkərin miqdarının yüksək olması təsadüfi olaraq, digər səbəbə görə müayinə olunduqda təyin edilir. Bəzən elə hallar olur ki, II tip şəkərli diabetdə hiperqlikemiyanın aydın əlamətləri (zəiflik, susuzluq və qaşınma) aydın xarakterli olsa da, aseton və diabetik koma II tip şəkərli diabetdə az hallarda müşahidə olunur. II tip şəkərli diabetə digər xəstəlik qoşulduqda, bu hal inkişaf edə bilər: ağciyərlərin iltihabı, ciddi travma, irinli proseslər, infarkt və s.

II tip şəkərli diabetdə mədəaltı vəzi insulin hasil edir və hətta çox halda artıq sintez edir. Əsas çatışmazlıq hüceyrələrin insulini qəbul etməməsidir, belə ki, hüceyrələr insulin üçün açıq olmur və nəticədə şəkər qandan toxumaya keçmir.

Qanda şəkərin miqdarı yüksək olur. İnsulinə qarşı həssaslığın belə aşağı olması insulinə rezistntlik adlanır. Mədəaltı vəzi tərəfindən insulinə rezistentliyi aradan qaldırmaq və şəkərin miqdarını normallaşdırmaq üçün daha çox insulin hasil etmək iqtidarında deyil, belə ki, II tip şəkərli diabetdə β hüceyrələrin bu funksiyası azalmışdır. Nəticədə paradoksal bir vəziyyət - qanda həm insulin, həm də şəkər yüksək olması meydana gəlir.

Çoxsaylı elmi təcrübələr və çox illik müşahidələr nəticəsində demək olar ki, çəkinin azaldılması və ya normaya salınması xəstələrin əkasəriyyətində qanın şəkərə görə analizinin yaxşılaşmasına səbəb olur. Çəkinin normallaşdırılması məqsədi ilə diyeta və fiziki hərəkətlər dərman müalicəsindən qaçmaq üçün çox gözəl effekt verir. Lakin diyeta və fiziki hərəkətlər effekt vermədikdə dərman müalicəsindən istifadə olunur.

Könül Oruc

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun