Faydalı
Qıl qurdunun
Faydalı
193

Qıl qurdunun kökünü qurudur - Təbii resept

Qıl qurdu (pinworm) adətən bağırsaqlarda yaşayan və xüsusilə uşaqlarda rast gəlinən parazit növüdür. Bu parazitlər gigiyenaya riayət edilmədikdə və çirklənmiş qidalar vasitəsilə bədənə daxil olaraq narahatlıq, qaşınma, şişkinlik və həzm problemlərinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, əsas səbəblər gigiyenik qaydalara əməl etməmək, natəmiz əllərlə qida qəbul etmək və şəxsi əşyaların paylaşılmasıdır. Qeyri-sağlam qidalanma, xüsusilə şəkərli və işlənmiş məhsullar, qılqurdunun çoxalmasına şərait yaradır. Mədə və bağırsaq sistemi bu zaman zədələnərək qaz, şişkinlik və həzmsizliklə üzləşir.

Təbii müalicə resepti

Qılqurdundan qorunmaq və mədə narahatlığını azaltmaq üçün sadə bir bitki qarışımı faydalı ola bilər:

Lazım olanlar:

1 çay qaşığı mixək tozu

1 çay qaşığı zəncəfil tozu

1 çay qaşığı quru nanə

1 stəkan su

Hazırlanması və istifadəsi:

Suyu qaynadın.

Üzərinə mixək, zəncəfil və nanəni əlavə edin.

10-15 dəqiqə dəmləyin.

Süzüb isti halda için.

Bu qarışım gündə 1-2 dəfə, xüsusilə yeməkdən sonra qəbul oluna bilər. Mixək və zəncəfil parazitlərlə mübarizə aparır, nanə isə mədəni sakitləşdirir. Bu təbii üsul həm qılqurdu təsirini azaldır, həm də mədə şişkinliyini aradan qaldırır.

Gigiyena və balanslı qidalanma ilə yanaşı bu cür təbii dəstəklər mədə sağlamlığını qorumağa kömək edə bilər.

Qeyd: Bu yazı yalnız maarifləndirmə məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyil. Sağlamlıqla bağlı suallarınız üçün mütləq həkiminizlə məsləhətləşin.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun