Laval Universitetinin Kanadalı tədqiqat qrupu zoğal ekstraktının insan sağlamlığına təsirini qiymətləndirib.
E-saglam.az xəbər verir ki, onların araşdırmalarının nəticələri "npj Biofilms and Microbiomes" jurnalında dərc olunub.
Tədqiqatda 28 nəfər gündə iki dəfə (səhər və axşam) kapsul şəklində zoğal əlavəsi qəbul edib ki, bu da 60 qram təzə zoğal qəbuluna bərabərdir. Təcrübənin əvvəlində və dörd gün sonra iştirakçılardan plazma, sidik və nəcis nümunələri götürülüb.
Məlum oldu ki, zoğalın tərkibində olan polifenollar və oliqosakkaridlər Bifidobacterium cinsinin bakteriyalarının böyüməsini gücləndirir. Bu, öz növbəsində, diabet və kardiometabolik xəstəliklərin inkişaf riskinin azalması ilə əlaqələndirilir.
Bu bakteriyalar adətən lif istehlakı ilə stimullaşdırılır. Zoğal ekstraktı ilə eyni effekti müşahidə etdik, lakin təxminən 20 dəfə aşağı dozada.
Zoğal ekstraktı qəbul etmək həm də bağırsaq mukozasında mühüm rol oynayan və iltihabı azaltmağa və bağırsaq baryerini gücləndirməyə kömək edən Akkermansia muciniphila bakteriyalarının böyüməsini stimullaşdırdı.
Alimlər qeyd edirlər ki, zoğal ekstraktının müsbət təsiri cəmi dörd gündən sonra ortaya çıxdı.
Tərcümə: Könül Oruc