Tibbi xəbərlər
Qalxanabənzər vəzin sirri
Tibbi xəbərlər
441

Qalxanabənzər vəzin sirri süfrənizdə gizlidir

Qalxanabənzər vəz maddələr mübadiləsini, bədən istiliyini və enerjimizi tənzimləyən mühüm bir orqandır. Bu vəzdə yaranan problemlər arıqlaya bilməmək, tez yorulmaq, həddindən artıq tərləmək və ya üşümək kimi hallara səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, tiroidin düzgün işləməsi üçün bəzi vitamin və mineralların gündəlik qidalanmada olması vacibdir:

Yod: Tiroid hormonlarının istehsalı üçün vacibdir. (Qaynaq: dəniz məhsulları, yumurta)

Selenium: Hormonal tarazlığı qoruyur. (Qaynaq: Braziliya qozu, balıq, yumurta)

Dəmir: Hormon istehsalını dəstəkləyir. (Qaynaq: qırmızı ət, paxlalılar, yaşıl tərəvəzlər)

Sink: Hormonların tarazlığını qoruyur. (Qaynaq: balqabaq tumu, qoz, badam)

D vitamini: Xüsusilə autoimmün xəstəliklərin qarşısında önəmlidir. (Qaynaq: günəş işığı, yağlı balıq)

Vitamin B12 və A: Əhval və sinir sistemi üçün vacibdir. (Qaynaq: ət, süd, yerkökü, ispanaq)

Bağırsaq sağlamlığı da vacibdir

Tiroidə təsir edən başqa bir amil də bağırsaq sağlamlığıdır. Vitamin və minerallar bağırsaqda sorulur. Ona görə də qatıq, kefir, lifli qidalar (tərəvəz, tam taxıl) və şəkərsiz qidalanma bağırsaq və dolayısıyla tiroid funksiyası üçün çox önəmlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun