Tibbi xəbərlər
Şəhərdə yaşayan insanların bu qidaları
Tibbi xəbərlər
389

Şəhərdə yaşayan insanların bu qidaları həzm etmək qabiliyyəti zəifdir

Şəhərlərdə yaşayan insanlar lifi həzm etməyə kömək edən sağlam bağırsaq mikroblarını itirirlər.

E-saglam.az xəbər verir ki, İsrailin Ben-Qurion Universitetinin alimləri belə nəticəyə gəliblər. Onlar öz hesabatlarını "Science" jurnalında dərc ediblər.

Mütəxəssislər sellülozomlar adlanan böyük, yüksək ixtisaslaşmış hüceyrədənkənar zülal kompleksləri istehsal edən Ruminococcus adlı sellülozu parçalayan bakteriya aşkar ediblər. Onlar çətin həzm olunan sellüloza liflərini parçalamaq üçün bakteriyalar tərəfindən yaradılır.

Sellüloza həll olunmur, çünki həzm etmək çətindir. Bağırsaqlardakı lif hovuzdakı ağac gövdəsinə bənzəyir: islanır, amma həll olunmur. Nəhayət, sellülozomlar sellülozu şəkərə çevirir və bu da bütün cəmiyyəti qidalandırır.

Tədqiqatçıların təhlilinə görə sənayeləşmiş ölkələrdə yaşayan insanlar bitki mənşəli qidaları həzm etmək qabiliyyətini itirirlər. Bu, çox güman ki, aşağı lifli pəhrizə keçidlə bağlıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun