Badam fitnes həvəskarları üçün mükəmməl qəlyanaltı ola bilər.
E-saglam.az xəbər verir ki, Kannapolisdəki Appalachian Dövlət Universitetinin alimləri belə nəticəyə gəliblər. Onların araşdırması "Frontiers in Nutrition" jurnalında dərc olunub.
Tədqiqat göstərir ki, gündə cəmi beş badam və ya 57 qram yemək bədəninizin məşq zamanı yağ yandırma qabiliyyətini artıra bilər. Bu qoz-fındıq maddələr mübadiləsini yaxşılaşdırır, iltihabı və stress səviyyələrini azaldır və məşqdən sonra bədənin daha sürətli bərpasına kömək edir.
Badam zülal, sağlam yağlar, E vitamini, minerallar və liflə zəngindir. Badamın qəhvəyi qabığı isə qalın bağırsağa gedən və iltihabı və oksidləşdirici stressi idarə etməyə kömək edən polifenolları ehtiva edir.
Tərcümə: Könül Oruc