"İsti havalarda yorğunluq dağınıq sklerozun əlaməti ola bilər".
E-saglam.az "Daily Mail" nəşrinə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin həkimi Asif Əhməd xəbərdarlıq edib.
Ekspert qeyd edib ki, dağınıq sklerozlu xəstələr fiziki fəaliyyətdən, saunada olduqdan və ya isti vanna qəbul etdikdən sonra baş ağrısı, başgicəllənmə və digər simptomların kəskinləşməsindən tez-tez şikayət edirlər.
Həkimin sözlərinə görə, dağınıq sklerozlu insanların 60-80%-i bu halla qarşılaşır:
"Bu cür simptimların olması bir insanın mütləq bu xəstəliyə tutulduğu anlamına gəlmir, bu cür reaksiya daha diqqətli müayinə üçün səbəb ola bilər".
Doktor Əhməd xatırladıb ki, dağınıq skleroz beyin və onurğa beyninin sinir hüceyrələrinin membranlarının zədələndiyi xroniki xəstəlikdir.
Oxu.az