“Bravo” supermarketlər şəbəkəsi (“Azərbaycan Supermarket” MMC) müştəriləri aldadır.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, şəbəkə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən cərimələnib.
Xatırladaq ki, “Bravo” Agentlik tərəfindən bu ilin fevral və aprel ayında ümumilikdə 2 dəfə inzibati məsuliyyətə cəlb edilib, protokol tərtib edilib.
Məlum olub ki, “Bravo” İnzibati Xətalar Məcəlləsinin 447.0.1 maddəsini pozub. Belə ki, qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satılıb.
Qeyd edək ki, bu tipli hallar supermarketlər tərəfindən tez-tez baş verir. Görünən odur ki, cərimə və inzibati tədbirlər hələ də effektiv deyil.