Qatıq süfrələrimizin əvəzolunmaz qidalarındandır. Tərkibindəki probiyotiklər sayəsində xüsusilə bağırsaq və həzm sistemi üçün olduqca faydalıdır.
E-saglam.az xəbər verir ki, bağırsaqların sağlam olması isə immunitet sisteminin güclü olması deməkdir.
Qatığın tərkibində olan zülal əzələlərin, kalsium isə sümüklərin və dişlərin möhkəmlənməsinə kömək edir. Həmçinin, qan təzyiqini tənzimləyir, yağ yandırmağa dəstək olur, xolesterolu azaldır, dəri və ürək sağlamlığını qoruyur.
Niyə yatmazdan əvvəl qatıq yemək tövsiyə olunur?
Yatmadan əvvəl qatıq yemək orqanizmdə sakitləşdirici təsir yaradır, gecə bağırsaq fəaliyyətini dəstəkləyir və mədə problemlərinin qarşısını alır. Bu saatlarda yeyilən qatıq həm də bədənin ehtiyac duyduğu faydalı maddələrin daha yaxşı mənimsənilməsini təmin edir.
Hər gün qatıq yesək nə olar?
Gündəlik istehlak miqdarı şəxsin yaşına və digər süd məhsullarını nə qədər qəbul etməsinə görə dəyişə bilər:
1–3 yaşlı uşaqlar üçün: gündə 4 porsiya
4–6 yaş: 3–4 porsiya
7 yaşdan yuxarı: 3 porsiya
10–18 yaş: gündə 4 porsiya tövsiyə olunur
Əgər gün ərzində süd və ya pendir istehlak etməmisinizsə, 3–4 kasa qatıq yemək sizin üçün faydalı ola bilər.
Tərcümə: Könül Oruc